"Adımın yığmayla yanaşı çəkilməsi xoşdu"

"Adımın yığmayla yanaşı çəkilməsi xoşdu"

“Mənə yığmanın baş məşqçisi olmaq təklifi gəlməyib. İndiki işimdən razıyam və bütün diqqətimi “Qarabağ”a yönəltmişəm”. Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ” – “Qəbələ” oyunundan sonra keçirilən mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov deyib.

Yığmanın baş məşqçi postuna real namizədlərdən sayılan “köhlən atlar”ın çalışdırıcısı əlavə edib: “Təklif olsa, mövzuya yenidən qayıda bilərik. Düzü, namizədlərdən biri sayılmaq, adımın yığmayla yanaşı çəkilməsi xoşdu. Axı söhbət millimizdən gedir”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər