“Liverpul”un hücumçu Luis Suares “Qızıl buts” uğrunda mübarizədə “Real”ın ulduzu Kriştiano Ronaldonu 4 xal geridə qoyur. Fanat.az xəbər verir ki, Suares İngiltərə Premyer Liqasının XXV turunda “Norviç”in qapısına qol vuraraq bu mövsümdə vurduğu qolların sayını 30-a çatdırıb. Bu isə ümumilikdə 60 xal deməkdi.
Zədə səbəbilə İspaniya La Liqasının ötən turunu buraxan Ronaldonun hesabında isə 28 qol var (56 xal). Dieqo Kosta “Elçe” ilə görüşdə fərqlənməklə Ronaldo ilə xal fərqini bir qədər azaldıb. Aktivində 27 qol olan “Atletiko”nun forvardı 54 xal toplayıb. Lionel Messi 52 balla növbəti sırada yer alıb.
Qeyd edək ki, Ronaldo cari mövsümdə hələ 5, Messi və Kosta 4, Suares isə daha 3 matç keçirəcək.
“Qızıl buts”a layiq 10 namizədi diqqətinizə çatdırırıq:
1. Luis Suarez ("Liverpul") - 60
2. Kriştiano Ronaldo ("Real") - 56
3. Dieqo Kosta ("Atletiko") - 54
4. Lionel Messi ("Barselona") - 52
5. Xonatan Soriano ("Salzburq") - 45
6. Alfred Finnboqason ("Herenven") - 40.5
7-8. Daniel Starric ("Liverpul") - 40
7-8. Çiro İmmobile ("Torino") - 40
9. Zlatan İbrahimoviç (PSJ) - 37.5
10-13. Alan ("Salzburq") - 36
10-13. Karlos Teves ("Yuventus") - 36
10-13. Yaya Ture ("Mançester Siti") - 36
10-13. Cekson Martines ("Portu") - 36
Fanat.az