Qapıçı əmisini güllələdi

Qapıçı əmisini güllələdi
Cənubi Afrika Respublikasından olan qapıçı Mandla Sanqveni həbs olunub. Fanat.az xəbər verir ki, qolkiper əmisini qəsdən silahla vurmaqda günahlandırılır.
CAR polisinin verdiyi məlumata görə, yerli "Amazulu" klubunun 26 yaşlı qapıçısı evinə getdiyi 66 yaşlı əmisi Vusumuzi Sanqveni ilə mübahisə edib. Əsəblərini cilovlaya bilməyən Sanqveni əmisini dostunun silahı ilə vurub. Yaşlı kişi hazırda xəstəxanadadı və vəziyyəti ağırdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər