ABŞ-ın "Filadelfiya Eagles" klubunun keçmiş ponpon qızı Raçel Vaşburn Amerika ordusuna qoşulub. Fanat.az xəbər verir ki, 2007-2009-cu ildə ponpon qızlıq edərək azarkeşləri coşduran Raçel Əfqanıstanda xidmət keçib.
Onun Əfqanıstandakı əsas işi ABŞ əsgərlərinə nəzarət edib. Belə ki, amerikalı əsgərlərin əfqan qadınlara qarşı qeyri-etik hərəkətlər etməməsinə çalışıb və bu tip hadisələri araşdırmaqla məşğul olub.
Vaşburn artıq vətəninə dönüb. O, doğulduğu Pennsilvaniya ştatında qəhrəman kimi qarşılanıb. Vətənində 25 yaşlı xanımın qarşılanma mərasimi keçirilib. Ponpon qızlıq etdiyi zaman sıradan bir insan olduğunu bildirən Raçel "USA Today" qəzetinə açıqlamasında çoxları tərəfindən tanınmasının onu xoşbəxt etdiyini deyib: "ABŞ ordusu tərəfindən Küveytə təşkil olunan bir səfər zamanı əsgər olmaq qərarına gəldim. Həmin vaxt bundan sonra əsgər kimi yaşayacağımı dedim. Dərhal ponpon qızlıqdan imtina etdim və orduya qoşuldum".
Əfqanıstanda olduğu vaxt olduqca çətin vəzifələrin öhdəsindən gəldiyini deyən Raçel əfqan qadınların sosial həyata alışmasına yardımçı olduqlarını bildirib: "Bir dəfə əfqanın qadının doğuşuna yardımçı oldum. Nəticə çox uğurlu oldu. Qar fırtınası başlamışdı, hər şey çox çətin idi. Amma uşaq dünyaya sağlam gəldi".
Fanat.az