PFL Orxan Məmmədovun "quşu"nu düzəltdi

PFL Orxan Məmmədovun "quşu"nu düzəltdi
Topaz Premyer Liqasının XXXI turunun “Simurq” - “Qarabağ” oyununda ev sahibi komandanın qolunun müəllifi kimi Draqan Çeranın adı qeyd olunmuşdu. Fanat.az xəbər verir ki, "Qarabağ"ı yıxan qolun avtoqol olduğu müəyyənləşib.
Belə ki, oyunun videoyazısına təkrar baxdıqdan sonra qolun “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov tərəfindən öz qapısına vurduğu aşkarlanıb. Bu səbəbdən oyunun protokolunda müvafiq dəyişiklik edilib.
Qeyd edək ki, matçı Orxan Məmmədovun başçılığı altında Elman Musayev, Mübariz Haşımov və Tahir Əhmədovdan ibarət hakimlər briqadası idarə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər