"Simurq"un qapıçısı Pavel Kapsa ilə müqaviləsinin müddəti başa çatır. Fanat.az xəbər verir ki, klub rəhbərliyi hələ polşalı qapıçıya yeni anlaşma təklif etməyib.
Zaqatala təmsilçisi müqaviləsinin müddəti başa çatan futbolçularla mövsümün sonunda danışıqlara başlamaq niyyətindədi. Bu səbəbdən Kapsanın komandada qalıb-qalmayacağı bəlli deyil.
Qeyd edək ki, yayda Cənubi Kiprin "Olimpiakos" (Nikosiya) klubundan transfer olunan Kapsa ilə 1+1 şərti ilə müqavilə imzalanmışdı. O, "Simurq"un heyətində 28 Premyer Liqa matçına çıxıb və 2520 dəqiqə oynayıb. Qolkiper həmçinin kubokdakı bir matçda da 120 dəqiqə forma geyinib.
Fanat.az