Oyuna bax, 4 manat qazan - ÖZƏL

Oyuna bax, 4 manat qazan - ÖZƏL

Sabah Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Neftçi”ylə üz-üzə gələcək “Rəvan” oyuna hərtərəfli hazırlaşır. Fanat.az xəbər verir ki, futbolçulara mətbuatla ünsiyyət qurmağı yasaqlayan baş məşqçi Güvənc Kurtar yetirmələrinin azarkeş dəstəyi altında mübarizə aparmasını istəyir.

Etibarlı mənbədən aldığımız məlumata görə, fanat sarıdan yarımayan “sarı-qırmızılar” maraqlı metoda əl atıb. Belə ki, klubun sponsoru olan Nurgün Şirkətlər Qrupunda çalışanların köməyi ilə tribunalarda azarkeş sayı artırılacaq. Bundan başqa, kənardan cəlb edilən seyircinin hərəsi 4 manat alacaq. Məbləğin niyə 4 manat civarında nəzərdə tutulması haqda ətraflı bilgimiz yoxdu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər