“Qışda başqa kluba keçəcəyimlə bağlı deyilənlər əsassızdı. Düzdü, xidmətimdə maraqlı olan komanda var. Amma “İnter” məni buraxmaq fikrində deyil. Müqaviləmin müddəti mövsümün sonunda başa çatır”. Bu sözləri Fanat.az-a açıqlamasında “İnter”in qapıçısı Səlahət Ağayev deyib.
Gənc qolkiper yayda klubunu dəyişə biləcəyini vurğulayıb: “Kaxaber Tsxadadze mənə şans verib. 9 oyunda start heyətində olmuşam. Son vaxtlar isə Georgi Lomayaya şans verir. Oynadığım oyunların əksəriyyətində uğur qazanmamışıq. Yəqin buna görədi. Oynamaq mən yaşda qapıçı üçün çox vacibdi. Oyun praktikasından əziyyət çəkən qapıçıya təbii ki, millidə ehtiyac duymazlar. Yaya qədər vəziyyət dəyişməsə, komandamı dəyişəcəm”.
Fanat.az