"Xəzər Lənkəran"ın böyük ümidlərlə transfer etdiyi, amma istədiyini ala bilmədiyi Junior Nildo və Zohair Beniuahinin komandadan ayrılacağı deyilir. Hətta onların yenidən AZAL-a dönəcəyi də iddia olunur.
Xəbərlərə Bakı klubunun baş məşqçisi Vaqif Sadıqov münasibət bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi adıçəkilən futbolçuların geri qayıdacağı ilə bağlı informasiyaları təkzib edib: "Bu məsələ artıq bağlanıb. Çünki Vaqif Sadıqov geriyə baxan məşqçi deyil. Əvvəllər bizdə oynamış oyunçuları qaytarmağı düşünmürük. Biz qabağa baxırıq və yeni futbolçular axtarışındayıq".
Fanat.az