Nikolay Adam: "...xoş təəssürat oyatmır"

Nikolay Adam: "...xoş təəssürat oyatmır"
"İlk növbədə, belə gözəl turnirin keçirilməsinə görə təşkilatçılara təşəkkür edirəm. Fanat.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nikolay Adam deyib. 
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Yunanıstanla bu gün keçirilmiş oyundan (1:1) sonra almaniyalı mütəxəssis fikirlərini açıqlayıb: "Final fitinə bir neçə saniyə qalmış qol buraxaq qələbəni əldən vermək, əlbəttə, xoş təəssürat oyatmır. Bununla belə, nümayiş etdirdikləri oyuna və əldə etdikləri nəticəyə görə futbolçularımıza minnətdarlığımı bildirirəm. Güclü rəqiblə mübarizədə komandamızın üzvlərinin sarı kart almaması da məni sevindirən amillərdən biridi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər