Nikolay Adam: "Taktiki gedişlərimiz səmərəli olmadı"

Nikolay Adam: "Taktiki gedişlərimiz səmərəli olmadı"
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət yığmamız Çexiyaya 0:2 hesabı ilə uduzub. Fanat.az xəbər verir ki, oyundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam fikirlərini bildirib:
"İlk növbədə Çexiya yığmasını qələbə münasibətilə təbrik edirəm. Hər iki komandaya qələbə lazım idi. Sevinən tərəf rəqibimiz oldu. Ötən oyunla müqayisədə taktiki planda dəyişiklik etməmişdik. Lakin hücum xəttində rəqibə lazımi qədər təzyiq göstərə bilmədiyimiz üçün taktiki gedişlərimiz bir o qədər səmərəli olmadı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər