Türkiənin PTT 1-ci liqasında XVIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Andrey Popoviçlə Usim Ndukanın çıxış etdiyi "Tavşanlı Linyitspor" "1461 Trabzon"u qəbul edib.
Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Uzun müddətdi heyətə düşməyən Nduka meydana dönüb. Start heyətində yer alan futbolçu 90 dəqiqə oynayıb. Popoviçin adı isə yenə "18-liy"ə salınmayıb.
Qeyd edək ki, 18 oyunda 12 xal toplayan "Tavşanlı Linyitspor" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Fanat.az