Nasimovdan şad xəbər

Nasimovdan şad xəbər

"Neftçi"nin futbolçusu Bahodir Nasimovun ağır zədə alması barədə xəbər vermişdik. "İnter"lə matç zamanı isinmə hərəkətləri edərkən zədələnən özbək forvard üçün mövsümün bitdiyi deyilirdi.

Amma "Neftçi" futbolçusundan şad xəbər alıb. Fanat.az xəbər verir ki, həkim müayinəsindən keçən Nasimovun 2 həftə sonra məşqlərə başlayacağı müəyyənləşib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər