Mustafa Dənizli daha bir futbolçunun xidmətindən imtina edib. Fanat.az-ın əldə etdiyi məlumata görə, türk mütəxəssis Uğur Pamuku qış fasiləsindən sonra komandada görmək istəmir.
Bu səbəbdən gənc futbolçu bu gün Antalyaya yola düşən heyətdən kənarda qalıb. "Xəzər Lənkəran" Uğuru icarəyə verəcək. Bu komanda isə böyüka ehtimalla "Sumqayıt" olacaq.
Xatırladaq ki, Fanat.az Pamukun komandadan ayrılacağı və "Sumqayıt"a dönəcəyi ilə bağlı məlumatı bir müddət əvvəl yaymışdı.
24 yaşlı hücumçu Almaniyada "Arminiya Bielefeld" və "TuS Dornberq"in formasını geyinib. 2011-2012-ci illərdə "Sumqayıt"da top qovan futbolçu 28 oyun keçirən futbolçu 3 qol vurub. Ötən qış "Xəzər Lənkəran"a transfer olunan Pamuk 19 oyunda 2 dəfə fərqlənib. Con Toşakın vaxtında əvəzedici heyətə göndərilən gənc oyunçu 2 oyunda A millimizin formasını geyinib.
Fanat.az