Mustafa Dənizli: "Onun gəlişi heç nəyi dəyişmədi"

Mustafa Dənizli: "Onun gəlişi heç nəyi dəyişmədi"
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "Qalatasaray"la bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, türk mütəxəssis "Lig TV"nin "Terimli "Qalatasaray"mı, yoxsa Mançinili "Qalatasaray"mı" sualını cavablandırıb.
"Xəzər Lənkəran"ın baş məşqçisinin cavabı belə olub: "Qalatasaray" mövsümə pis başladı. Mançininin gəlişi ilə çox şey dəyişmədi. Rahat matç qazana bilmirlər. "Qalatasaray" həm komanda olaraq, həm də fərdi qaydada öz səviyyəsindən aşağı çıxış edir. "Qalatasaray" cinah topları ilə nəticə qazanan komanda deyil. Bunu ən yaxşı şəkildə edə biləcək adam Albert Rieradı. Amma onun da sürəti aşağıdı. Ancaq komandanı daha yaxşı daha yaxşı analiz etmək üçün ikinci dövrəni gözləməliyik. Böyük bir böhrandan keçdilər. Bunu unutmamalıyıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər