Mustafa Dənizli "Qəbələ" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi risq etdiyini deyib:
"Kubokla vidalaşdıq, bizim üçün intihar etmək kimidi. Mövsümün ən baxımlı, sürətli başlanğıcını oynadıq. Lakin buraxılan səhv qapımıza qolla nəticələndi. Oyunun əvvəlindən yüksək templə oynamağımız nəticə versəydi, nəyəsə ümid edə bilərdik. Əlimizdəki heyətdən ən risqli olanı meydanda idi. Bunu yenə təkrar edirəm, ən doğru olmasa da, ən risqli heyət meydanda idi. Futbolçuları mən seçmişəm, heç kim “bu və ya digər futbolçunu heyətə gətirməliyik” sözünü mənə deməyib. Azəri futbolçuların zədələnməsi bu seçimlərdən istifadə etməkdə çətinlik yaratdı. Bütün futbolçuları oynatmaq üçün, alternativ üçün almışıq. Onsuz da çempionatdan hər hansı bir gözləntimiz yoxdu".
Fanat.az