Musatafa Dənizli Hafiz Əliyevi kiminlə əvəzləyir? - ÖZƏL

Musatafa Dənizli Hafiz Əliyevi kiminlə əvəzləyir? - ÖZƏL
Musatafa Dənizli "Xəzər Lənkəran"a daha bir məşqçi gətirir. Fanat.az xəbər verir ki, qapıçılarla işləyən məşqçi Hafiz Əliyevi yola salmaq istəyən türk mütəxəssis onu həmyerlisi ilə əvəzləyəcək.
Belə ki, Dənizli Zafer Öğeri ölkəmizə gətirəcək. "Xəzər Lənkəran"ın baş məşqçisi qapıçılarla işləyən məşşçi ilə bazar ertəsi Türkiyədə görüşəcək.
Qeyd edək ki, Zafer Öğer futbolçu karyerası ərzində "Beşiktaş", "Altay", "Petrol Ofisi", "Dənizlispor", "Adana Dəmirspor", "Beykozspor" və "Çorluspor"da çıxış edib. O, 2008-2010-cu illərdə "Beşiktaş"da, 2013-cü ildə isə "Çaykur Rizəspor"da Dənizlinin köməkçisi olub. 
Onu da qeyd edək ki, Oğuz Çətini "Xəzər Lənkəran"ın məşqçilər korpusuna cəlb edən Mustafa Dənizli Zafer Öğerdən başqa İbrahim Üzülməzi də ölkəmizə gətirmək istəyir. Əvəzində isə Hafiz Əliyevlə Covanni Melkiorri Lənkəran klubundan ayrılacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər