"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Liverpul"la keçirəcəkləri matçdan öncə ilginc açıqlama verib. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis rəqibin qol silahı Luis Suaresin zədələnməsini istəyir: "Bəlkə Suares bizimlə matçdan öncə kiçik bir zədə alar".
Lakin Mourinyo uruqvaylı ulduzun ağır zədə almasını istəmir: "Suaresin ağır zədə almasını istəmirəm. Sadəcə, bizimlə oyunda meydana çıxması əngəllənsin".
Qeyd edək ki, Suares cari mövsümdə Premyer Liqada 19 qol vurub. "Çelsi"nin forvardları Fernando Torres, Demba Ba və Samuel Eto`O birlikdə cəmi 5 qola imza atıb.
Fanat.az