Mirça Luçesku Rumıniya millisinə dönməyəcək. Fanat.az xəbər verir ki, bu barədə rumın mütəxəssis özü açıqlama verib.
Rumıniya Futbol Federasiyasında gələn il prezident seçkiləri keçiriləcək. Namizədlərdən biri isə Luçeskunun yaxın dostu George Popeskudu. İddialara görə, Popusku qalib gələcəyi halda Mirça millinin başına keçəcək.
Lakin mütəxəssis bu iddiaları təkzib edib: "Federasiyanın başına kim keçirsə-keçsin milli komandaya əsla dönməyəcəm".
Qeyd edək ki, 2004-cü ildən "Şaxtyor"u çalışdıran Luçesku 1966-1979-cu illərdə Rumıniya millisində 70 oyun keçirib və 9 qol vurub. 68 yaşlı mütəxəssis 1981-1986-ci illərdə yığmaya başçılıq edib. Rumıniya ilk dəfə 1984-cü ildə onun rəhbərliyi altında Avropa çempionatının final mərhələsinə qatılsa da, bir xalla qrup sonuncusu olub. Həmin çempionatda İspaniya ilə sülh bağlayan (1:1) rumınlar Qərbi Almaniyaya (1:2) və Portuqaliyaya (0:1) uduzmuşdu.
Fanat.az