Millli komandamız Sankt-Peterburqda - FOTOLAR

Millli komandamız Sankt-Peterburqda - FOTOLAR

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə iştirak edəcək 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması dünən Rusiyanın Sankt-Peterburq şəhərinə yollanıb. Fanat.az xəbər verir ki, yığmamız Peterburqski İdman-Konsert Kompleksində ilk məşqinə çıxıb.

Qeyd edək ki, milli komandamız turnirdə ilk oyununu yanvarın 4-də, saat 14.15-də, Peterburqski İdman-Konsert Kompleksində Yunanıstan komandasına qarşı keçirəcək. İki gün sonra Çexiyanı sınağa çəkəcək komandamız ayın 6-da Yaponiya ilə qarşılaşacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər