Millimizin üzvü sağaldı

Millimizin üzvü sağaldı

Milli komandamızın və Almaniyanın "Fortuna" klubunun hücumçusu Toğrul Erat zədəsini sağaldıb. Fanat.az xəbər verir ki, yığmamızın üzvü artıq komanda ilə məşqlərə də başlayıb.

Bundesliqanın son iki turunda Düsseldorf təmsilçisinə kömək edə bilməyən Erat bir neçə gün idi fərdi məşqlər edirdi. Artıq sağalan hücumçu tam gücü ilə ümumi məşqlərdə iştirak edə bilir.

22 yaşlı xavbekin qarşıdakı "Sandhauzen"lə qarşılaşmada meydana çıxması gözlənilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər