21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Erat II Bundesliqadakı son oyunu barədə fikirlərini bildirib. Fanat.az xəbər verir ki, futbolçumuz lider "Köln"ə 2:3 hesablı məğlubiyyəti dəyərləndirib:
"Bu oyunda qalib gəlməli idik. Belə böyük auditoriya qarşısında oynadığımızdan tüklərim biz-biz olurdu. Hesabda 0:2 uduzarkən belə geri dönüş edə bildik. 2 qol vurub hesabda tarazlıq yaratmağı bacarmağımız isə bizim əsl komanda olduğumuzu göstərir. Təəssüf ki, sonda uduzduq. Mənim üçün baş məşqçinin kimliyinin fərqi yoxdur. Meydana çıxıb öz işimi görürəm. Bundan sonra da Oliver Rekin postunda qalmasına etirazım yoxdur”.
Qeyd edək ki, matçı 52500 tamaşaçı izləyib.
Fanat.az