Türkiyə Super Liqasında XVI tura yekun vurulub. Fanat.az xəbər verir ki, millimizin üzvü Cihan Özkarının çıxış etdiyi "Sivasspor" "Akhisar Bələdiyyəspor"un qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cihan Özkara 84-cü dəqiqədə Aatif Çaheçuheni əvəzləyib. Onun meydana çıxmasından sonra "Akhisar Bələdiyyəspor" qələbə qolunu vurub.
Qeyd edək ki, "Sivasspor" 16 turdan sonra 26 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Fanat.az