Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev ailə qurub. Fanat.az xəbər verir ki, 25 yaşlı idmançının toyu Bakıdakı şadlıq saraylarından birində keçirilib.
Mərasimə Azərbaycan Güləş Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri qatılıb. Avropa və dünya çempionumuzun toyunda həmçinin Bakıda səfərdə olan 3 qat olimpiya, 6 qat dünya və 6 qat Avropa çempionu Buvaysar Saytiyev də iştirak edib.
Fanat.az