Millimizin mübarizəyə İsraillə başlayır

Millimizin mübarizəyə İsraillə başlayır
Qadın voleybolçular arasında DÇ-2014-ün 3-cü seçmə mərhələsi başlayır. Fanat.az xəbər verir ki, yığmamızın yer aldığı J qrupunda mübarizəyə sabaş start veriləcək.
Qrupun ilk oyunu saat 16.00-da Serbiya və Estoniya arasında keçiriləcək. Bundan 3 saat sonra millimiz İsraili sınağa çəkəcək. Azərbaycan yanvarın 4-də Estoniya, bir gün sonra Serbiyanı sınağa çəkəcək. 
Qeyd edək ki, oyunlar Voleybol Mərkəzində təşkil olunacaq. 3-cü mərhələdə 5 qrupda 4-ü olmaqla, ümumilikdə 20 milli komanda mübarizə aparır. Qrup qalibləri və qrup ikincilərindən ən yaxşısı dünya çempionatına vəsiqə qazanacaq. 
3 yanvar
16.00 Serbiya - Estoniya
19.00 Azərbaycan - İsrail
4 yanvar
16.00 Serbiya - İsrail
19.00 Estoniya - Azərbaycan
5 yanvar
16.00 İsrail - Estoniya
19.00 Azərbaycan - Serbiya 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər