Millimizin 15 rəqibi müəyyənləşdi

Millimizin 15 rəqibi müəyyənləşdi

Qadın voleybolçulardan ibarət milli komandamız dünən dünya çempionatına vəsiqə qazandı. Bakıda keçirilən J qrupunun oyunlarında İsrail, Estoniya və son Avropa çempionu Serbiyanı üstələyən Faiq Qarayevin yetirmələri bu ilin 23 sentyabr-10 oktyabr tarixlərində İtaliyada keçiriləcək mundialda ölkəmizi təmsil edəcək.

Fanat.az xəbər verir ki, artıq dünya çempionatının 24 iştirakçısından 16-nın adı məlumdu. Azərbaycanla yanaşı, Avropadan İtaliya, Rusiya, Almaniya, Türkiyə, Belçika, Xorvatiya, Bolqarıstan, Serbiya, Hollandiya, Asiyadan Yaponiya, Tailand, Çin, Qazaxıstan, Cənubi Amerikadan Braziliya və Argentina mundiala vəsiqə əldə edib. Şimali Amerikadan DÇ-yə 6, Afrikadan isə 2 kollektiv vəsiqə əldə edəcək.

Qeyd edək ki, DÇ-nin iştirakçıları hər birində 6 komanda olmaqla 4 qrupa bölünəcək. İlk qrup mərhələsinin oyunları Romada keçiriləcək. Hər qrupdan dörd komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Növbəti mərhələ hər birində səkkiz komanda olmaqla, iki qrupdan ibarət olacaq. Komandalar ikinci mərhələyə bir-birinə qarşı oyunlarda yığdıqları xal ehtiyatı ilə başlayacaq. İkinci qrup mərhələsinin oyunları Triest, Verona, Bari və Modenada təşkil olunacaq.

 

Üçüncü qrup mərhələsi hər birində üç komanda olmaqla iki qrupdan ibarət olacaq. İkinci qrup mərhələsinin üç ən yaxşı komandası bu mərhələnin iştirakçısı olacaq. Bu mərhələnin oyunları Milan, Triest, Verona və Baridə keçiriləcək.

 

Üçüncü qrup mərhələsində sonuncu yerləri tutmuş komandalar beşinci yer uğurda mübarizə aparacaq. Ən yaxşı iki komanda isə yarımfinal cütlərinin təşkil edəcək. Pley-off oyunları və final qarşılaşması Milanda baş tutacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər