Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, millimizin rəqibi “Noviqrad” klubunun U-19 komandası olub.
Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qollara Qara Qarayev və Nicat Süleymanov imza atıb.
Fanat.az