Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, rəqib Belqradın “Red Star” klubunun U-17 komandası olub.
Oyun millimizin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yığmamızın qollarını Pilağa Mehdiyev və Bahadur Həziyev vurub.
Fanat.az