Bu gün qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi start götürüb. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldııcğı J qrupunun oyunları Bakıda start götürüb.
Əvvəlcə meydana Serbiya və Estoniya milliləri çıxıb. Serblər 3:0 hesablı qələbə qazanaraq, semçə mərhələyə qələbə ilə başlayıblar.
Millimiz isə ilk oyununu İsrailə qarşı keçirib. 3:1 hesablı qələbəyə sevinən komandamız iddiasını ortaya qoyub.
Qeyd edək ki, sentyabrın 23-dən oktyabrın 12-nə kimi İtaliyada təşkil olunacaq mundiala Avropanın 5 seçmə qrupunun hər birindən ilk yerin sahibləri vəsiqə qazanacaq. İkinci yerlərdən isə yalnız ən yaxşı göstəricilərə malik 2 komanda buna nail olacaq.
Azərbaycan - İsrail 3:1 (25:15, 25:21, 19:25, 25:15)
Fanat.az