Millimiz İsveçrəni uddu (PROTOKOL)

Millimiz İsveçrəni uddu (PROTOKOL)

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yığması dünən İsveçrəni sınağa çəkib.

Belçikanın Beringen şəhərindəki “Mijnstadion” stadionunda baş tutan oyunda komandamız 2:1 hesablı qələbə qazanıb. Hesabı 22-ci dəqiqədə İsveçrədən Haris Samardziç açıb. 6 dəqiqə sonra Nicat Süleymanov bərabərliyi təmin edib. 69-cu dəqiqədə isə Qara Qarayev qələbə topunu vurub.

Qeyd edək ki, yığmamız ilk oyunda Belçikaya 0:3, İsveçrə isə Bosniya və Hersoqovinaya 0:1 hesabı ilə uduzmuşdu. Dünən 10-cu qrupda daha bir matç baş tutub və Belçika Bosniya və Hersoqovinanı 4:1 hesabı ilə yenib. Millimiz qrupda son matçını oktyabrın 28-də bosniyalılara qarşı keçirəcək.

Avropa çempionatı

Seçmə mərhələ

25 oktyabr

22.00 Azərbaycan (U-17) - İsveçrə (U-17)

Qollar: Nicat Süleymanov, 28. Qara Qarayev, 69 - Haris Samardziç, 22. 

Azərbaycan: Tural Osmanov, Ruslan Bediyev, Elvin Dəmirov, Xəyal Əmirli, Kazım Birkan, Nicat Süleymanov (Fərid Nəbiyev, 80+4), Yusif Cəfərov (Ravil Yusifli, 74), Qara Qarayev, Hacıağa Hacıyev (k), Kənan Zülfüqarov, Amin Seydiyev (Oruc İsmayılov, 35).

Ehtiyat oyunçular: İsmayıl Muradov, Emin Quliyev, Elçin Əsədov.

İsveçrə: Joao Paulo Kastaneyra, Kevin Rüeqq, Jan Bamert, Eray Kumart (Edin İmeri, 72), Robin Huser (k), Ceremi Quyllemenot, Martin Lieçti, Leotrim Nitay, Nikolas Kranzle (Sadik Vitiya, 49), Haris Samardziç, Andi Zeqiri (Tomas Kunz, 49).

Ehtiyat oyunçular: Fadri Çande, Dario Ulrix, Jordi Manuel Ehombo, Nikola Sukaçev.

Sarı vərəqələr: Amin Seydiyev, 11. Kənan Zülfüqarov, 15. Ruslan Bediyev, 36. Kazım Birkan, 68. Elvin Dəmirov, 75 - Ceremi Quyllemenot, 3. Leotrim Nitay, 68. Tomas Kunz, 80+1.

Hakimlər: Atenasios Qyakos, Lazaros Dimitriadis (Yunanıstan), Florian Lemayre, Jan Krieken (Belçika).

UEFA nümayəndəsi və hakim-inspektor: Uno Tutk (Estoniya).

Beringen. “Mijnstadion” stadionu.

1

Belçika

2

2

0

0

7-1

6

2

Azərbaycan

2

1

0

1

2-4

3

3

Bosniya və H.

2

1

0

1

2-4

3

4

İsveçrə

2

0

0

2

1-3

0

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər