Millimiz Belarusda qələbə qazandı

Millimiz Belarusda qələbə qazandı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Belarusun Mozır şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, bu dəfəki rəqib Belarusun ARZ klubu olub. 
Oyun yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində Sabir Allahquliyev, Asif Zeynalov, Zeynal Zeynalov və Hikmət Bağırov fərqlənib.
Qeyd edək ki, millimiz ilk iki oyununu Belarus yığmasına qarşı keçirilb. İlk oyunda 2:5 hesabı ilə yenilən komandamız növbəti matçda 3:3 hesablı bərabərliyə razılaşıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər