Bu gün Azərbaycan millisi 1996-1997-ci il təvəllüdlü futbolçular arasında keçirilən FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə çıxışına start verib. Fanat.az xəbər verir ki, millimizin ilk rəqibi Yunanıstan olub.
Hesabı 43-cü dəqiqədə millimiz açıb. 80-ci dəqiqədə azlıqda qalan yunanlar əsas vaxta əlavə olunmuş 7-ci dəqiqədə bərabərlik qolunu vurublar və oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın heyətində Elnur Cəfərov fərqlənib.
Qeyd edək ki, komandamızın yer aldığı C qrupunun digər qarşılaşmasında isə Yaponiya Çexiya ilə üz-üzə gəlib. Asiyalılar qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıblar.
Yunanıstan - Azərbaycan
Qollar: Effimios Kuluris, 90+7 - Elnur Cəfərov, 43.
Yunanıstan: 12. Kostaris Konstantinos, 2. Emmanuil Salyakas (k), 3. Erioş Tufas, 4. Konstantinos Oykonomu, 5. Tomas Yalamidis (19. Georgios Ktistopulos, 46), 6. Marios Tzanulinos, 7. Vasileos Fasidis (20. Georgios Kanavetas, 46), 8. Aleksandros Marqaritis (17. Aleksandros-Lazaros Piastopulos, 76), 9. Effimios Kuluris, 10. Maykl Piter Nyoman, 11. İoannis Çolakidis (21. Nikolaos Vasaitis, 55).
Ehtiyat oyunçular: 1. Mixail İliadis, 14. Dimitrios Afanasiadis, 16. Georgios Kuçopodiotis.
Baş məşqçi: Teodoros Paxatouridis.
Azərbaycan: Ağaseyid Qasımov, Təyyar Məmmədov, Yusup Xakimov, Mahir Mədətov (Şaban Cəbrayılov, 90), Mirkamil Həşimli (k) (Benhür Kama, 86), Fəhmin Muradbəyli, Ülvi İbazadə (İlyas Səfərzadə, 46), Elnur Cəfərov, Əfsər Məmmədov (Emin Zamanov, 69), Cem Felek, Bəhlul Mustafazadə.
Ehtiyat oyunçular: 1. Tolqa Şahin, 5. Renat Ağaverdiyev, 24. Yusif Nəbiyev.
Baş məşqçi: Nikolay Adam.
Sarı vərəqələr: Erioş Tufas, 32. Maykl Piter Nyoman, 90. Emmanuil Salyakas, 90
Qırmızı vərəqə: Nikolaos Vasaitis, 70.
Hakimlər: Artur Kerimov, Aleksey Manin, İvan Quryev (Rusiya).
Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi. 300 tamaşaçı.
Fanat.az