Milli komandanın qapıcısı öldürüldü

Milli komandanın qapıcısı öldürüldü

Cənubi Afrika Respublikası milli komandasının qapıcısı, eyni zamanda, komandanın kapitanı Senzo Meyiv cinayətin qurbanı olub. Fanat.az ANS PRESS-ə istinadən xəbər verir ki, 27 yaşlı qolkiper Vosloorus şəhərində şəxsi evində silahlıların hücumuna məruz qalıb. 

Polisin sözlərinə görə, cinayətdə azı 3 nəfər iştirak edib. Faktla bağlı istintaq araşdırması başladılıb. Polis cinayətkarlara dair məlumat verənlərə 14 min dollar məbləğində mükafat təyin edib.

Meyiv ölkə liqasında "Orlando Payarits" klubunu şərəfini qoruyurdu. Futbolçunun ölümü komanda yoldaşlarının da dərin kədərinə səbəb olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər