Məsut Özil qayıdır

Məsut Özil qayıdır
Bir aya yaxındı zədəli olan "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özildən xəbər var. Fanat.az xəbər verir ki, türk əsilli alman futbolçu artıq yaşıl meydanlara qayıtmağa hazırdı. 
Bunu jurnalistlərə açıqlamasında “topçular”ın baş məşqçisi Arsen Venger deyib. Xəbər klubun rəsmi saytında da təsdiqlənib. Məsutun Premyer Liqanın XXXV turunda "Hall Siti" ilə görüşdə iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Özil Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə matçda dizaltı vətərlərini zədələmişdi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər