"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Dnepr"in baş məşqçisi Miron Markeviç yarışdakı uğursuzluqlarına bəhanə tapıb. Fanat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, ev oyunlarının doğma Dnepropetrovskda deyil, Kiyevdə keçirdiklərinə görə xal itkiləri ilə üzləşdiklərini bildirib.
Markeviçinin bəhanələrini diqqətinizə çatdırırıq: "Vaxtımızı məşqdən çox təyyarələrdə keçirməli oluruq. Bu anormal haldı. Başa düşmürəm ki, UEFA rəhbərləri niyə belə dirəniblər? Dnepropetrovskda çoxdan əmin-amanlıqdı. Nəyə görə Kiyevə uçmalı və yarıboş nəhəng stadionda oynamalıyıq? Hesab edirəm ki, bu, düzgün deyil".
Xatırladaq ki, "Dnep" qrup mərhələsinin 3-cü turunda Kiyevdə "Qarabağ"a 0:1 hesabı ilə uduzub.
Fanat.az