Türkiyənin PTT -ci liqasında VI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin forma geyindiyi "Qaziantep BB"ni qəbul edib.
Oyun "Karşıyaka"nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir start heyətində yer alıb və 90 dəqiqə oynayaraq komandasının qələbəsində pay sahibi olub. Şükürov 54-cü dəqiqədə sarı vərəqə alıb. "Qaziantep BB"də isə cəmi bir futbolçumuz oynayıb. O, 54-cü dəqiqədə Muhammed Demircinin yerinə meydana çıxıb. Ufukla Rəhmanın adı "18-liy"ə salınmayıb.
Qeyd edək ki, 8 turda 8 xal toplayan "Karşıyaka" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Qaziantep BB" isə 4 xalla 16-cı yeri tutur.
Fanat.az