Türkiyənin PTT 1-ci liqasında VII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" Mahir Şükürovun forma geyindiyi "Karşıyaka"nı qəbul edib.
Həm Subaşiç, həm də Mahir meydana start heyətində çıxıb və sonadək oynayıb. Hesabı 20-ci dəqiqədə Şükürov açıb. 41-ci dəqiqədə daha bir qol vuran Çiço Ofoedu "Karşıyaka"ya 2:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, "Karşıyaka" 7 turdan sonra 11 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Aktivində 4 xal olan "Manisaspor" isə son pilləni tutur.
Fanat.az