"İnter"in sabiq üzvü Luis Suares Mario Balotelli barədə fikir bildirib. Fanat.az xəbər verir ki, veteran futbolçu İtaliya yığmasının üzvünü dünya səviyyəli futbolçu hesab etmədiyini deyib.
Suares ötən həftə keçirilən "İnter" - "Milan" matçı (1:0) barədə danışarkən Balotelliyə "ilişib": "Dünya səviyyəli futbolçular derbi matçlarda özlərini göstərirlər. Balotelli hələ bunu bacarmayıb. "İnter"də isə Palakio və Quarin komanda yoldaşlarının dəstəyi olmadan dünya səviyyəli futbolçular kimi oynadılar".
Qeyd edək ki, İspaniya yığmasının sabiq üzvü 1953-1973-cü illərdə "Deportivo", "Espana", "Barselona" və "Sampdoriya"da çıxış edib. 1961-1970-ci illər aralığında "İnter"in formasını geyinən 78 yaşlı Suares 3 dəfə İtaliya çempionu olub, Çempionlar Kubokunu və Kuboklar Kubokunu qazanıb.
Fanat.az