"Legiya" azərbaycanlı müdafiəçini heyətinə qatdı - RƏSMİ

"Legiya" azərbaycanlı müdafiəçini heyətinə qatdı - RƏSMİ

Polşanın “Legiya” klubu daha bir azərbaycanlı futbolçu transfer edib. 

Fanat.Az Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "hərbçilər" gənc müdafiəçi Ramil Mustafayevi heyətinə qatıb.   Jeşuv "Stal"ından transfer olunmuş 18 yaşlı futbolçu ilə müddəti 2025-ci il yayına qədər olan müqavilə imzalanıb. O, yeni komandasında 32 nömrəli formanı geyinəcək.   Mustafayev "Legiya"ya keçidi ilə bağlı belə danışıb:  "Mən Rusiyada anadan olmuşam. Valideynlərim daha sonra Polşaya köçüblər. 10 ildir Varşavada yaşayırıq. "Legiya"nın oyunlarına gedir, tribunadan komandanı dəstəkləyirdim”.   2019-cu ildən "Stal"da çıxış edən Ramil Mustafayev bu mövsüm 13 oyuna 3 qol vurub.

“Legiya” ötən yay Azərbaycan millisinin hücumçusu Mahir Emrelini də transfer etmişdi. Lakin o, Varşava təmsilçisinin azarkeşləri ilə yaşadığı problemlə əlaqədar bu klubdan ayrılmağa qərar verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər