Gürcüstan çempionatında 16-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Batumi "Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Vüqarın adı oyunun iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Telavi” cari mövsümdə keçirdiyi 16 oyunda cəmi 8 xal toplayıb və 10 iştirakçı arasında sonuncudur.
Fanat.Az