Gürcüstan çempionatında 19-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçuların formasını geyindiyi komandaların dueli ilə əlamətdar olub.
Belə ki, Vüqar Bəybalayevin komandası "Telavi” İbrahim Qədirzadənin formasını geyindiyi "Samtrediya”nı qəbul edib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə bitib.
Vüqarın adı matçın iştirak ərizəsinə salınmayıbsa, İbrahim qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
19 turdan sonra 15 xalı olan "Telavi” 10 komanda arasında 9-cudur. "Samtrediya” isə 10 xalla sonuncu pillədə qərarlaşıb.
Fanat.Az