Klubların yalnış seçimləri: Moyes və...FOTOLAR

Klubların yalnış seçimləri: Moyes və...FOTOLAR
"Mançester Yunayted" David Moyeslə yollarını rəsmən ayırdı. Əfsanəvi Aleks Ferqyusonun yerinə həmyerlisini gətirən "qırmızı şeytanlar" səhv seçim etidiklərini 9 ay sonra anladı.
Amma futbol tarixində yalnış seçim edən yeganə komanda "Mançester Yunayted" deyil. Bundan əvvəl baş vermiş 5 bənzər hadisəni təqdim edirik.
Siro Ferrara (Yuventus)
"Calciopoli" qalmaqalından sonra toparlanmağa çalan "Yuventus" 2009/10 mövsümü üçün məşqçilik karyerasının başında olan Siro Ferrara ilə anlaşmışdı. Lakin onun Turin karyerası cəmi 6 ay davam etdi. İtaliya Kubokunda "İnter"ə məğlubiyyət onun "Yuventus"un başında son oyunu olmuş və yerini Alberto Zakkeroniyə vermişdi.
Yurgen Klinsmann (Bavariya)
Klinsmann DÇ-2006-dan sonra ən çox ümid verən gənc mütəxəssislərdən biri adlandırılırdı. Amma bu imici 2008/09 mövsümündə "Bavariya"ya rəhbərlik etdiyi dövrdə zərər gördü. Çempionlar Liqasında "Barselona"ya məğlubiyyət onun Münhen klubundakı sonunu hazırladı.
Karlos Queyroz (Real)
Queyroz "Mançester Yunayted"də Aleks Ferqyusonun köməkçisi olaraq məşhurlaşmış və 2003/04 mövsümündə "Real"ın başına keçmişdi. Həmin vaxt tarixin ən yaxşı heyətlərindən birinə sahib olan "Kral Klubu" Visente Del Boskedən sonra ondan çox şey gözləyirdi. Amma komanda La Liqada mövsümü 4-cü yerdə bitirdi və Çempionlar Liqasında çıxışı enrək başa vurdu. Queyroz isə mövsüm başa çatan kimi qovuldu.
Luis Felipe Skolari (Çelsi)
Braziliya və Portuqaliya milli komandası ilə qazandığı uğurlarla Roman Abramoviçin diqqətini çəkən Skolari 2008-ci ildə "Çelsi"nin başına keçmişdi. Lakin komanda onun rəhbərliyi altında çempionluq yarışından uzaq düşdü. Nəticədə Abramoviç braziliyalı mütəxəssisi 2009-cu ildə qovaraq yerinə Qus Hiddinki gətirdi.
Qrem Souness (Liverpul)
1991-1994-cü illərdə "Liverpul"u çalışdıran Souness ardıcıl 24 il ərzində ən pis halda bir kubok qazanan komandanı titulsuz qoydu. Bu dönəmdə tək uğuru ürəyindəki problem səbəbindən komandanın başında olmadığı matçda - 1992-ci ildə qazanılan Federasiya Kuboku oldu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər