Kaxaber Tsxadadze "Neftçi" ilə oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “İnter”in baş məşqçisi layiqli qələbə qazandıqlarını deyib:
“Futbolçularımı təbrik edirəm, layiqli qələbə qazandılar. Oyuna yaxşı başladıq. Hava isti olduğu üçün oyunda sürət aşağı idi. Lakin hər iki komandada faydalı iş əmsalı yüksək idi. Çempionatın səviyyəsi yaxşıdı. Bu oyunu artıq unutmalıyıq. Müəyyən çatışmazlıqlarımız oldu, bunları təhlil etməliyik. Qarşıda 6 oyun var, hər biri bizim üçün final kimidi. Mövsümü ilk üçlükdə bitirmək üçün həm fiziki, həm də psixoloji cəhətdən hazırlıqlı olmalıyıq. “Neftçi” kubokda layiqli qələbə qazanaraq yarımfinala yüksəldi. Hesabda irəli çıxdıqdan sonra təşəbbüsü rəqibə verdik. Hesab bərabərləşdikdən sonra komandaya daha aktiv oynamağı tapşırdım. Mahir Şükürovla aramızda yaxşı münasibət var. Emosiyalara qapılmamağı dedim. Futbolçular bütün fikirlərini oyuna versələr yaxşı olar”.
Fanat.az