Kamran Quliyev azarkeşlərlə görüşdü

Kamran Quliyev azarkeşlərlə görüşdü
"Sumqayıt"ın rəsmi fan-klubu ilin yekunları ilə bağlı tədbir keçirib. Fanat.az xəbər verir ki, görüşdə klubun prezidenti Kamran Quliyev də işdirak edib. 
Tədbirdə yola salacağımız 2013-cü ilin yekunları və fan-klubun gələcək planları müzakirə olunub, azarkeşlərin qeydiyyatına start verilib. Fan-klubun ən fəal iki üzvü - Fərhad Bayramov və Məhəmməd Zeynallıya xüsusi hədiyyə təqdim olunub. 
Tədbirin sonunda fan-klub üzvləri Sumqayıt şəhərində aksiya keçirərək sakinlərə klubun müxtəlif atributlarını hədiyyə ediblər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər