Jenilson Azərbaycandan təklif alıb

Jenilson Azərbaycandan təklif alıb
Braziliyalı müdafiəçi Jenilson karyerasını Azərbaycanda davam etdirə bilər. 
Fanat.Az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
 
Bildirilir ki, son klubu "Yuventude” olan mərkəz müdafiəçisi fevralın 1-dən azad agent statusu daşıyır. 30 yaşlı futbolçuya Azərbaycanla yanaşı, Qazaxıstandan və Braziliya B Seriyasından da təkliflər var. Lakin onunla maraqlanan klubların adı açıqlanmır.
 
Futbolçunun meneceri Renan Vieyra da yerli mətbuata açıqlamasında Jenilsona ölkə xaricindən təkliflər olduğunu təsdiqləyib: "Təkliflər var və biz variantları analiz edirik, cavab gözləyirik. Eyni zamanda, Jenilsonu B Seriyasının bəzi klublarına da təklif etmişdik. Maraqlananlar, bu mövsüm onun xidmətindən yararlanmaq istəyənlər var. Yaxın gələcəkdə bir qərar verəcəyik”.
 
Qeyd edək ki, Jenilson 2019-cu ilin yanvarından "Yuventude”də çıxış edirdi. Təcrübəli müdafiəçi əvvəllər "Santa Krus”, "Quarani”, "Sampayo Korrea”, "Fortaleza” və "Boavişta” kimi klubların da formasını geyinib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər