Topaz Premyer Liqasının "Sumqayıt" - "Simurq" oyunundan sonra (1:1) baş məşqçilər fikirlərini bildirib:
Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Bizim üçün vacib oyun idi. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Komanda istədiyimz oyunu göstərmədi, uşaqlardan razı qalmadım”.
Georgi Çixradze (“Simurq”un baş məşqçisi): “Oyun ağır keçdi. İkinci hissədə qol vursaq da, sevincimiz uzun çəkmədi. Rəqib hesabı bərabərləşdirdikdən sonra bir neçə təhlükəli qol epizodu yaratdıq, lakin bunlardan istifadə edə bilmədik”.
Fanat.az