“İsrail, müharibə et!” - ÖZƏL

“İsrail, müharibə et!” - ÖZƏL

Sentyabrın 8-də Netanyada baş tutan görüşdə U-21 millimizdən əsas yığmanın acığını (bildiyiniz kimi Berti Foqtsun komandası rəqib meydanında 1:1 hesablı bərabərə qalaraq, İsrailin Braziliyaya yollanmaq arzusunu gözündə qoyub) 7 qolla çıxan (2:7) Maykl Nisin yetirmələrini dəstəkləyən yəhudi azarkeşlər qisas hissini maraqlı şəkildə dilə gətirib.

Fanat.az xəbər verir ki, tribunalarda əyləşən yerli tərəfdarlar yəhudi futbolçuları “İsrail, müharibə et”, “İsrail, savaş” şüarları ilə irəli səsləyib.

Xatırladaq ki, əsas yığmanın sentyabrın 7-də Ramat-Qanda  keçirdiyi görüşün final fitindən sonra Azərbaycanın səcdə edən oyunçularının müsəlmansayağı jesti azarkeşlərdə qıcıq doğurmuş, futbolçularımızın hərəkəti fitə basılmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər