İspaniya La Liqasında azarkeş problemi yaşanır. Fanat.az xəbər verir ki, 2013/14 mövsümünün 2013-cü ilə təsadüf edən bödlümündə çempionatın ən diqqət çəkən məqamı stadionların boşalması olub.
Ən çətin vəziyyətdə olan klub isə "Xetafe"di. 17 min azarkeş tutumu olan "Coliseum Alfonso Peres" stadionunda oynayan komandanın oyunlarını orta hesabla 6100 nəfər izləyib. "Xetafe" ev oyunlarını orta hesabla 10 mindən az tamaşaçı yığan yeganə komandadı.
Ən az azarkeş toplayan klublar siyahısında "Rayo Vallekano" 2-ci (10100), "Almeriya" 3-cü (11350), "Osasuna" 4-cü (14000), "Levante" 5-ci (14150) yeri tutur.
La Liqanın 20 iştirakçısından 9-u ev oyunlarına orta hesabla 20 mindən az tamaşaçı topayıb. Onlardan sadəcə 3-nün stadionu 20 mindən az tamaşaçı tutur.
Tribunalarını doldurmağı bacaran klublar isə La Liqanın liderlər qrupunda qərarlaşanlardı. Lider "Barselona"nın ev oyunlarını orta hesabla 76100 nəfər izləyib. Kataloniyalıları 72400 nəfərlə əzəli rəqibləri "Real" izləyir. "Atletiko"nun hər ev oyununa isə orta hesabla 46300 nəfər gəlir.
Siyahıda ən diqqət çəkən klub isə "Betis" olub. Turnir cədvəlinin son pilləsində yer alan komandanın ev oyunlarını orta hesabla 28500 nəfərin izləməsi təəccüblə qarşılanıb. Lakin komandanın oyunlarıra ötən mövsümə nisbətən daha az maraq var.
"Barselona" bu siyahıda 1-ci olsa da, stadionun dolmasına görə 3-cü yeri tutur. Bu siyahıda "Real" 1-ct, "Atletiko" 2-ci. Hesablamalara görə, 17 turda stadionların 40 faizi boş qalıb.
Fanat.az