İbrahimoviç qadınlara qarşı: aranı qarışdırdı

İbrahimoviç qadınlara qarşı: aranı qarışdırdı
İsveç futbolunda qadın futbolçularla bağlı qalmaqal yaşanır. Fanat.az xəbər verir ki, buna səbəb İsveç Futbol Federasiyasının qadın futbolçulara qarşı biganə münasibət göstərməsi olub.
Belə ki, federasiya A millidə 146 dəfə forma geyinərək rekorda imza atan Anders Svenssona "Volvo" markalı avtomobil hədiyyə edib. Qadın yığmasında 187 oyun keçirərək Svenssonu geridə qoyan Terese Syoqran isə mükafatlandırılmayıb.
Məsələ ilə bağlı açıqlama verən qadın futbolçu federasiyanı biganəliyə görə qınayıb: "Məsələ avtomobil deyil, federasiyanın davranış tərzidi. Svenssonu mükafatlandırırlarsa, mənə qarşı da eyni münasibəti göstərməli idilər".
Olayla bağlı ən maraqlı və qalmaqallı açıqlama isə Zlatan İbrahimoviçdən gəlib. Bundan əvvəl "futbol qadınlara görə deyil" açıqlamasını verərək tənqid hədəfinə çevirilən PSJ-nin ulduzu "Qadınların etdiyi hər şeyə hörmətim var. Onlar da bu oyunu fantastik şəkildə oynayırlar. Ancaq qadın və kişi futbolunu müqayisə etmək olmaz. Bundan vaz keçin, heç əyləncəli deyil" deyib.
İbrahimoviç qadın futbolçularla müqayisə edilməsindən narazı qalıb: "Avropada məni Messi və Ronaldo ilə müqayisə edirlər. Ölkəmə gələndə isə qadın futbolçularla müqayisə olunuram. Qadınlara böyük hörməti var. Onlar nə iş görürlərsə-görsünlər mükafatlandırılmalıdılar".
"Yalnız İsveç mətbuatından mənim, yoxsa Lotta Sçelinin ("Lion"un və İsveç millisinin qadın üzvü) daha yaxşı olduğunu soruşdum. Bu bir zarafat olmalıdı. Bütün rekordları qırdıqdan sonra məni kiminlə müqayisə edə bilərsiniz" deyə İbra əlavə edib.
İsveçin qadın yığmasının üzvləri Zlatanı bu açıqlamasına görə tənqid edib. Nilla Fişçer ("Volsburq"un və İsveç millisinin qadın futbolçusu) sosial şəbəkədə "həyatım boyu oxuduğum ən axmaq sözləridi" mesajını yayımlayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər