İtaliya polisi hər il olduğu kimi bu Yeni ildən əvvəl də qanundankənar satılan fişəng və partlayıcı maddələri toplamaq məqsədi ilə əməliyyat keçirib. Fanat.az xəbər verir ki, asayiş keşikçiləri çox sayda belə maddələr aşkarlayaraq müsadirə edib.
Ələ keçirilən bəzi fişəng və partlayıcıların adı polisləri çaş-baş salıb. Belə ki, istehsalçılar bu maddələrə "Napoli"nin hücumçusu Qonzalo Hiquaynın ləqəbi olan "Pipita" və baş məşqçi Rafael Benitesə deyilən "Don Rafe" adı verib. Həmçinin daha öncə də bir neçə dəfə istehsal olunan "Maradona topu" adlı partlayıcılar da müsadirə olunub.
Fanat.az